«Azərbaycan dünyada iqtisadi böhrandan ən az əziyyət çəkən ölkələrdəndir»
01 Aprel 2009 Çərşənbə 16:50
Bu barədə maliyyə naziri Samir Şərifov bildirib

«Azərbaycan nəinki MDB məkanında, dünyada iqtisadi böhrandan ən az əziyyət çəkən ölkələrdəndir və hökumət bundan sonra da böhranın təsirlərini azaltmaq üçün tədbirləri davam etdirəcək». Bu barədə maliyyə naziri Samir Şərifov bildirib. O, bundan sonra əsas diqqətin real sektorun dəstəklənməsinə yönəldiləcəyini qeyd edib. «2009-cu ilin büdcəsinə dəyişikliklər isə birbaşa dünyada baş verən hadisələrdən asılıdır»,-deyə S.Şərifov vurğulayıb. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar