Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri 31 faiz artıb
26 İyul 2012 Cümə Axşamı 20:24
Bankın depozit portfeli ilin I yarımilliyin sonuna 2,646 milyard manat təşkil edib.
Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli 2012-ci ilin I yarımilliyin sonuna 2,646 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 15,6 faiz çoxdur. Bu barədə ANS PRESS-ə bankın mətbuat xidmətindən məlumat verilib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,053 milyard manata bərabər olub ki, bu da ötən ilin iyulun 1-nə nisbətən 31 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2 faizi dövlətə, 49,8 faizi isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar