Azərbaycan bankirlərinin daha bir uğuru
22 Oktyabr 2009 Cümə Axşamı 14:20
Azərbaycan Beynəlxalq Bankı 16-cı Ümumdünya islam bank konfransının sponsoru oldu
Azərbaycan Beynəlxalq Bankı (ABB) 16-cı Ümumdünya islam bank konfransının sponsoru oldu. Bankdan tədbir 6-9 dekabr 2009-cu ildə Bəhreynin paytaxtı Manamada keçiriləcək.

Bankdan ANS PRESS-ə verilən məlumata görə, sponsorluq statusu ABB-yə Azərbaycan haqda informasiya vermək, ölkədə islam bankinqinin inkişafından danışmaq imkanı verəcək. Bankın rəhbərliyi Azərbaycanda islam bankçılığının inkişafı üçün maliyyə resurslarının cəlb edilməsi məqsədi ilə bir sıra görüşlər keçirmək niyyətindədir.
1994-cü ildən hər il keçirilən forum islam dünyasının maliyyə institutlarının görüşləri və əqdləri üçün ən iri məkandır. Bu konfransda dünyanın 50 ölkəsindən, o cümlədən Qərbi Avropa, ABŞ və Asiyadan 1200 nümayəndə iştirak edəcək. Konfrans Bəhreyn Mərkəzi Bankı və bir sıra beynəlxalq maliyyə institutlarının dəstəyi ilə keçirilir. Bunların sırasında Islamic Development Bank, CITI, Gulf Finance House, Abu Dhabi Islamic Bank, Deutsche Bank, BNP Paribas və başqaları var. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar