Azərbaycan Afrikaya maye qaz nəql edəcək
24 Dekabr 2012 Bazar Ertəsi 15:48
Bununla bağlı “SOCAR Trading” və “Gasol” arasında razılaşma imzalanıb.
ARDNŞ Böyük Britaniyanın “Gasol” şirkəti ilə birgə layihə çərçivəsində Benin, Qana və Toqoya maye qaz ixrac edəcək.

ANS PRESS-in “International Oil Daily”yə istinadən verdiyi xəbərə görə, artıq bununla bağlı “SOCAR Trading” və “Gasol” arasında razılaşma imzalanıb.

Müqaviləyə görə, Azərbaycan maye qazı Afrikaya – Beninin Kotonu limanına özünün ixtisaslaşmış gəmiləri və üzən anbarlar vasitəsilə çatdırmağı öhdəsinə götürür. Buradan isə qaz Benin, Qana və Toqodakı sənaye və energetika müəssisələrinə göndəriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar