Azərbaycan 2010-cu ildə qızıl hasilatını 5,7 dəfə artırıb
19 Yanvar 2011 Çərşənbə 11:25
Ötən il qızıl hasilatı 1,9 ton təşkil edib.
2010-cu ildə Azərbaycanda qızıl hasilatı 1,9 ton təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən bildirilib.

“Azərbaycan 2009-cu ilin iyulunda qızılın sənaye hasilatına başlayıb. 2010-cu ildə qızıl hasilatının həcmi 1,9 ton təşkil edib və bu həcm emala göndərilib. Bundan əlavə 2010-cu ilin noyabrında gümüş hasilatına başlanılıb. Noyabr-dekabr aylarında gümüş hasilatı 1,5 ton təşkil edib", - deyə DSK nümayəndəsi bildirib.

Statistik məlumatlara görə, 2009-cu ildə 333 kq qızıl hasil edilib.

Xəbər verildiyi kimi, Azərbaycanın qızıl yataqlarının işlənməsi ilə məşğul olan Azerbaijan International Mining Company (AMIC) 2009-cu ilin mayında Gədəbəydə qızıl emalı zavodunu istismara verib.

AMIC “Gədəbəy” yatağı da daxil olmaqla Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatoru olan Anglo-Asian Mining PLC şirkəti (R.V. Investment Group Services LLS şirkəti tərəfindən təsis edilib) tərəfindən yaradılıb. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 ton mis hasilatı planlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar