Azərbaycan 100 kq-dan çox qızılın ikinci partiyasını alacaq
29 Sentyabr 2010 Çərşənbə 14:10
Qiymətli metal ehtiyatların formalaşması üçün alınır.
Azərbaycan yaxın zamanlarda strateji ehtiyatların formalaşması üçün 100 kq-dan çox həcmdə qızılın ikinci partiyasını almağı planlaşdırır. Bu barədə maliyyə naziri Samir Şərifov bu gün jurnalistlərə bildirib.

“Biz artıq qızıl ehtiyatlarını formalaşdırırıq. Bu məqsədlə 99,5 kq həcmdə qızılın birinci partiyası alınıb və Mərkəzi Bankda hökumətin hesabında saxlanılır”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, hazırda 100 kq-dan çox həcmdə qızılın ikinci partiyasının alınmasına hazırlıq gedir. “Qızıl artıq zavodda hazırdır və yaxın zamanlarda onu alacağıq. İstisna deyil ki, cari ilin sonuna qədər daha bir qızıl partiyası alınacaq”, - deyə o qeyd edib.

Xəbər verildiyi kimi, 2010-cu ilin avqustun əvvəlinə Azərbaycanın strateji qızıl-valyuta ehtiyatları $26 mlrd. təşkil edir.  ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar