Azər-Türk Bank xalis mənfəəti 388,06 min manat olub
25 İyul 2011 Bazar Ertəsi 20:38
"Azər-Türk-Bank"ın kredit portfeli 10,8 faiz artaraq 33,401 milyon manat təşkil edib
Bu ilin birinci yarısında “Azər-Türk-Bank”ın aktivlərini 6,6 faiz azaldaraq 57,263 milyon manata çatıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu müddət ərzində bankın kredit portfeli 10,8 faiz artaraq 33,401 milyon manat təkil edib.

Bu il iyulun əvvəlinə bankın öhdəlikləri də 7,7 faiz azalaraq 44,301 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna bankın depozitləri 4.6 faiz azalaraq 30,303 milyon manat, o cümlədən əhalinin əmanətləri 12.3 faiz artaraq 16,521 milyon manat olub.

Məlumata görə, bu il iyulun 1-nə bankın məcmu kapitalı 0.2 faiz azalaraq 12 milyon 128,63 min manat olub. Bu müddət ərzində bankın nizamnamə kapitalı 5.8 faiz artrılaraq 11 milyon 624,08 min manat həcmində olub.

2011-ci ilin I yarısında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 388,06 min manat təşkil edib.

Qeyd edək ki, “Azər-Türk Bank” ASC 25.05.1995-ci ildə Türkiyənin “T.C.Ziraat Bankası A.Ş”. və “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilib və Azərbaycan Respublikası Milli Bankının 29.06.1995-ci il tarixli, 234 nömrəli lisenziyası ilə 11.07.1995-ci il tarixdə fəaliyyətə başlayıb. Hazırda bankın səhmdarları “T.C.Ziraat Bankası A.Ş”. (46,00 faiz), “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı (46.00 faiz), “Ziraat Bank İnternational AG” (4,00 faiz) və “Turanbank” ASC-dir (4,00 faiz). ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar