Azər-Türk Bank nizamnamə kapitalını artırır
13 May 2011 Cümə 16:43
Azər-Türk Bank səhmlərinin yerləşdirilməsinə başlayır.
“Bakı Fond Birjası” QSC-nə (BFB) “Azər-Türk Bank” ASC-nin adi adlı sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunub. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, 19 may tarixindən etibarən BFB-də “Azər-Türk Bank” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
Dövlət qeydiyyat nömrəsi AZ100300442P, emissiyanın həcmi 633 560 manat, qiymətli kağızın miqdarı 633 560 ədəd, nominal dəyəri 1 manat, anderrayter “Caspian Financial” MMC-dir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: