"Azər-Türk Bank" nizamnamə kapitalını artırır
30 İyul 2010 Cümə 18:35
"Azər-Türk Bank" nizamnamə kapitalını artırır. Bakı Fond Birjasına müraciət olunub.
Bakı Fond Birjasına (BFB) “Azər-Türk Bank” ASC-nin adi sənədsiz adlı səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunub. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, avqustun 2-dən etibarən BFB-də “Azər-Türk Bank” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Dövlət qeydiyyat nömrəsi AZ100300442P, emissiyanın həcmi 990 520 manat, qiymətli kağızın miqdarı 990 520 ədəd, nominal dəyəri 1 manat, anderrayter “Caspian Financial” MMC-dir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar