Azər-Türk Bank ATİB-ə üzv oldu
13 Yanvar 2011 Cümə Axşamı 17:00
Azər-Türk Bank Türkiyə İş Adamları Birliyinə tamhüquqlu üzv qəbul edilib.
Azərbaycanın aparıcı banklarından biri olan “Azər-Türk Bank” ASC daha bir quruma üzv olub. Bank Azərbaycan Türkiyə İş Adamları Birliyinə (ATİB) tamhüquqlu üzv qəbul edilib. Qeyd edək ki, “Azər-Türk Bank” ASC 25.05.1995-ci ildə Türkiyənin “T.C.Ziraat Bankası A.Ş”. və “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilib və Azərbaycan Respublikası Milli Bankının 29.06.1995-ci il tarixli, 234 nömrəli lisenziyası ilə 11.07.1995-ci il tarixdə fəaliyyətə başlayıb. Hazırda bankın səhmdarları “T.C.Ziraat Bankası A.Ş”. (46,00 faiz), “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı (46.00 faiz), “Ziraat Bank İnternational AG” (4,00 faiz) və “Turanbank” ASC-dir (4,00 faiz).
"Azər-Türk Bank" ASC Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Banklar Assosiasiyasının, Bakı Fond Birjasının, "MilliKart" Prosessinq Mərkəzinin, SWIFT ödəniş sisteminin, habelə "Western Union", "XPress Money", "MİGom" və "Bıstraya Poçta" beynəlxalq təcili pul köçürmə sistemlərinin, eyni zamanda "MasterCard İnternational" beynəlxalq kart təşkilatının üzvüdür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: