Azal Sığorta ən çox sığorta ödənişi edib
16 Aprel 2011 Şənbə 23:29
Azal Sığorta şirkəti ümumi həcmi 2 milyon 763,744 manat olan ödənişlər həyata keçirib.
Bu ilin yanvar-may aylarında sığorta şirkətləri arasında ən çox ödəniş həyata keçirən şirkət “Azal Sığorta” olub. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, onun ödənişlərinin həcmi 2 milyon 763,744 manat və ya hesabat dövründə bütün ödənişlərin 21,3 faizini təşkil edib.

Ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına həmçinin: "Azərsığorta" (2 milyon 255,678 min manat), "Beynəlxalq Sığorta Şirkəti" (1 milyon 382,424 min manat), "Atəşgah" (1 milyon 197,967 min manat), “A-Qroup” (1 milyon 148,763 min manat), “AXA MBASK” (634,929 min manat), “Standard Insurance” (522,949 min manat), “Xalq Sığorta” (424,875 min manat), “Pasha Sığorta” (421,936 min manat) və “AzSığorta” (409,437 min manat) daxildir.

Xidmətin məlumatına görə, 2011-ci ilin yanvar-mart aylarında 25 sığorta şirkəti ödənişlər həyata keçirib. Bu ilin yanvar-mart aylarında sığortaçıların ümumi tədiyələri 49 milyon 129,157 min manat, ödənişləri 12 milyon 974,760 min manat təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar