Azal Sığorta adını dəyişdi
11 İyul 2011 Bazar Ertəsi 20:47
Azal Sığorta şirkətinin lisenziyası yeni “İpək Yolu Sığorta” ASC adına rəsmiləşdirilib.
“Azal Sığorta” ASC-nin lisenziyası cəmiyyətin yeni adına “İpək Yolu Sığorta” ASC adına rəsmiləşdirilib.
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar 2010-cu ilin 12 noyabrında “Azal Sığorta”ASC-yə verilmiş müddətsiz lisenziya 2011-ci ilin 6 iyulunda “İpək Yolu Sığorta” ASC adına yenilənib.
Qeyd edək ki, “Azal Sığorta” 1995-ci ildə yaradılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: