AYİB Azərbaycana 220 milyon dollar yatıracaq
18 Fevral 2010 Cümə Axşamı 18:00
Yaxın vaxtlarda bankın prezidenti ölkəmizə səfər edəcək
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Azərbaycanda 220 milyon dollar məbləğində 12 layihəni maliyyələşdirməyi planlaşdırır. AYİB bu il iqtisadiyyatın təbii resurslar, telekommunikasiya, aqrar və maliyyə sektoru sahələrinə investisiya qoymaq niyyətindədir. Bank son illər maliyyələşdirmək üçün ölkənin qeyri-neft, o cümlədən kənd təsərrüfatı sahələrini əsas prioritet istiqamətlər hesab edir. Eləcə də nəqliyyat, energetika və infrastruktur layihələrinin maliyyələşdirilməsində öz iştirakını artırır. AYİB artıq özəl sektora dəstək və sahibkarlığın gələcək inkişafı istiqamətində də birbaşa işləyir.

Hazırda AYİB Azərbaycanın bank sektorunun inkişafında lider rolunu qoruyub saxlayır.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycanda bankın xətti ilə 9 layihə həyata keçirilib. Bu layihələrin maliyyələşdirilməsinə 260 milyon dollar ayrılmışdı.

Yaxın vaxtlarda isə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirrounun Cənubi Qafqaza gözlənilən ilk səfəri Azərbaycandan başlayacaq. Səfər çərçivəsində Azərbaycandakı əməliyyatların gələcək inkişaf perspektivləri müzakirə olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar