AXA MBASK yeni ofisə köçüb
02 Mart 2011 Çərşənbə 10:46
AXA MBASK sığorta şirkətinin ofisi “Chirag Plaza” biznes mərkəzində yerləşəcək.
“AXA MBASK” sığorta şirkətinin Mərkəzi ofisi Tbilisi prospekti, 49/c ünvanında yerləşən yeni binaya köçüb. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, indi “АХА MBASK”ın əsas ofisi “Chirag Plaza” biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşir.

Şirkətin mərkəzi ofisində şirkətin rəhbərliyi, habelə şirkətin sığorta ödənişləri departamenti də daxil olmaqla, struktur bölmələrinin əsas hissəsi yerləşəcək.

Satış departamenti Həzi Aslanov, 80/9 ünvanında yerləşən ofisə köçüb. Bu ofisdə şirkətin Bakı Ofisi yerləşəcək, daha doğrusu Bakı şəhərində sığorta polislərinin satışı bu ofisdə yerinə yetiriləcək.

Qeyd edək ki, ötən ilin oktyabr ayında “MBASK” Sığorta Şirkəti özünün əsas səhmdarını dəyişib. Şirkətin səhmlərinin nəzarət zərfini (51 faiz), özünün “AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros” (İspaniya) törəmə şirkətinin vasitəsilə “AXA Group” (Fransa) satın alıb. 2010-cu ilin dekabr ayının 7-də “MBASK”ın lisenziyası, şirkətin adının dəyişməsi ilə əlaqədar “AXA MBASK”a dəyişdirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar