AXA MBASK sığortaçısına 4 215 manat ödəniş edib
02 Mart 2012 Cümə 16:25
AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı 15 min manat sığorta haqqı ödəyib.
“AXA MBASK” sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair iri ödəməsini həyata keçirib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sözügedən sığorta növünə aid ödəmə fevralın 18-də Bakı şəhərində baş vermiş yol qəzası ilə bağlı olub.

Belə ki, “AXA MBASK” tərəfindən 4 215 manat məbləğində sığorta ödəməsi zədələnmiş “Nissan Sunny” markalı avtomobilin sahibinə təqdim olunub. Qeyd etmək lazımdir ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağli şirkət artıq 15 min manata yaxın sığorta haqqı ödəyib.

İcbari sığorta növləri şirkətin 6 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 30-dan artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə on line rejimində buraxılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar