AXA MBASK özünün ilk sığorta agentliyini açır
17 Yanvar 2011 Bazar Ertəsi 12:35
AXA MBASK sığorta agentliyi fiziki hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə sığorta olunmanın bütün növləri üzrə işə istiqamətlənəcək.
“AXA MBASK” sığorta şirkəti pərakəndə satışın sığorta agentlikləri şəbəkəsi vasitəsi ilə inkişaf etdirilməsi planına müvafiq olaraq Bakı şəhəri, İçəri şəhər, A.Zeynallı küçəsi, 11 ünvanında yerləşən “Xəzər” agentliyi ilə özünün tərəf-müqabillik haqqında ilk sazişini bağlayıb. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Xəzər” agentliyi, “АХА MBASK”ın tam dəstəyi ilə açılmış ilk agentlik olub. Agentliyin fəaliyyəti fiziki hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə sığorta olunmanın bütün növləri üzrə işə istiqamətlənəcək.

Agentliyin direktoru Əskər Ocaqverdiyevin sözlərinə görə, agentliyi açmaqla və məhz “АХА MBASK “ilə saziş bağlamaqla, biz öz süçimimizin düzgünlüyünə əminik: “Ölkədə sığorta olunmanın inkişaf etməsi ilə agent fəaliyyəti get-gedə daha sərfəli biznesə çevrilir, “AXA”nın dünyəvi brendi və yüksək servis səviyyəsi ilə isə biz müştərilərimizə təklif olunacaq sığorta məhsullarının yüksək keyfiyyətində əminlik əldə edirik. “АХА MBASK” təkcə bizə agentliyin açılması prosesində tam dəstək vermir, ən əsası odur ki, sərfəli maddi motivasiya sistemini, keyfiyyətli texniki və anderraytinq dəstəyini verir”.

““Xəzər” agentliyinin fəaliyyətinin prioritet təşkil edən istiqamətləri müştərilərlə kommunikasiyanın səmərəlilik səviyyəsinin daha da yüksəldilməsi, agent satışlarının yüksək səviyyəsini əldə etməyə imkan verən sistemin qurulması olacaqdır”, - deyə A.Ocaqverdiyev bildirib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında “MBASK” Sığorta Şirkəti əsas səhmdarını dəyişib. Şirkətin səhmlərinin nəzarət paketini (51%), özünün törəmə şirkəti olan “AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros” (İspaniya) vasitəsi ilə AXA Group (Fransa) əldə edib. “AXA Group” – maliyyə mühafizəsi sahəsində dünya lideridir. “АХА Group” öz fəaliyyətini, daha çox Avropada, Şimali Amerikada və Asiya-Sakit okean regionunda cəmləşdirməklə, bütün dünya üzrə 57 plkədə həyata keçirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar