"AXA MBASK"dan "Risklər dünyası"
04 Avqust 2011 Cümə Axşamı 16:12
Sığorta şirkəti fərdi risklər haqqında bələdçi səciyyəli yeni internet səhifəsini təqdim edir
“AXA MBASK” korporativ məsuliyyət sahəsində nümunə təşkil edəcək layihələrə imza ataraq fərdi risklər haqqında bələdçi səciyyəli yeni internet səhifəsini istifadəçilərə təqdim edir. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “AXA MBASK” gördüyü işləri, göstərdiyi xidmətləri mahiyyətinə görə sosial məsuliyyətin bir parçası hesab etdiyi hər fürsəti qeyd edir. Təəssüf ki, risk həyatın bütün sahələrində daim yanımızdadır. Fərqinə varmasaq belə, səhər oyandıqdan axşam yuxuya gedənədək bir çox risklərlə qarşılaşırıq.

Bu saytın məqsədi - fərdlərin gündəlik həyatda tez-tez üzləşdikləri riskləri tanıtmaq, bu riskləri və onlardan irəli gələn nəticələri aradan qaldırmaqda insanlara yol göstərməkdir. Şirkətin rəhbərliyi və kollektivi “AXA MBASK”ın təməl dəyərlərini rəhbər tutaraq və sosial məsuliyyət hiss edərək hazırladığımız bu saytın istifadəçilər üçün faydalı olmasını arzulayır.

“AXA MBASK” tərəfindən “risklər dünyası” şüarı ilə istifadəyə verilən saytda insanları daha çox maraqlandıran məsələlər – özlərinin və yaxınlarının səhhəti, evi, maşını və səyahəti ilə bağlı qarşıya çıxa biləcək risklər, həmçinin faydalı məlumatlar təqdim olunur.

Qeyd edək ki, “Risklər dünyası” adlı sayta http://risk.axambask.az ünvanından daxil olmaq olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar