Avtokreditləşmə proqramına start verildi
29 Aprel 2010 Cümə Axşamı 12:15
Avtokreditləşmə proqramına start verildi. Proqram “Bank Standard” tərəfindən həyata keçirilir.
“Bank Standard” əlverişli şərtlərlə avtokreditləşmə proqramına başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu proqram çərçivəsində yeni avtomobillərlə yanaşı istifadədə olmuş avtomobillər də əldə etmək olar.

Belə ki, avtokredit üzrə faiz dərəcələri 16 faizdən başlayır (ilkin ödənişin həcmindən asılı olaraq). Kreditin maksimal məbləği 35 min manat, minimal ilkin ödəniş məbləği isə avtomobilin dəyərinin 30 faizini təşkil edir.

Avtokreditləşmə proqramında ölkədə rəsmi təmsil olunmuş demək olar ki, bütün avtomobil marka və modelləri iştirak edir. “Bank Standard”da kredit almaq üçün paytaxtda rəsmi qeydiyyatda olmaq məcburi şərt deyil. Kredit region əhalisinə də verilir.

“Bank Standard”ın avtokreditləri həm də minimal sənəd paketi, müraciətdən avtomobil alqısına kimi kreditin sürətli rəsmiləşdirilməsi deməkdir. İlkin ödəniş kimi avtomobilin dəyəri 40 faiz ödənilərsə müştərinin gəlirlərini təsdiq edən sənədlər tələb olunmur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar