Avropanın ən yaxşı biznes şəhəri
07 Oktyabr 2009 Çərşənbə 10:40
Avropanın 50 aparıcı şirkət rəhbəri bu nominasiyaya Londonu layiq görüb
“European Cities Monitor 2009” layihəsi çərçivəsində Avropanın 50 aparıcı şirkət rəhbəri arasında qitənin biznes üçün ən yaxşı şəhəri mövzusunda maraqlı sorğu aparılıb. Sorğunun nəticələrinə görə, Böyük Britaniyanın paytaxtı London 20 il ard - arda biznes üçün ən müvafiq şəhər kimi göstərilib.

Sorğu üç meyar əsasında aparılıb - bazara çıxış, kadr dəyərləri və əlverişlilik (Rəqəmsal və fiziki). Britaniya paytaxtı hər üç nominasiya üzrə lider olub. Onun ən yaxın izləyicisi çoxdankı rəqibi Paris olub.

Dünya bankı da bu il açıqladığı 2010-cu ildə biznesin həyata keçirilməsi” adlı məruzəsində qeyd etmişdi.

Maraq üçün bildirək ki, Böyük Britaniyada hər gün orta hesabla beş yeni xarici şirkət nümayəndəliyi açılır.

Xatırladaq ki, qlobal iqtisadi tənəzzül zəifləyən kimi, London Avropada öz şirkətlərini genişləndirmək istəyən şirkətlər üçün yenidən biznes - mərkəzi mövqeyini möhkəmləndirir. Bu şəhər Avropanın maliyyə mərkəzi olmaqla yanaşı, həm də yaradıcı və informasiya texnologiyaları sahələrində istedadlar üçün beşikdir.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar