Avropada neft bahalaşır
06 Aprel 2009 Bazar Ertəsi 14:05
Amerika Birləşmiş Ştatlarında neftin qiymətində isə azalma qeydə alınır

Amerika Birləşmiş Ştatlarında neftin qiymətində azalma qeydə alınsa da, Avropada tam əksinə olaraq, qara qızıl dəyərə minib. Nyu-York əmtəə birjasında neftin qiyməti bu həftə müşahidə olunan artmadan sonra yenidən enib və ötən gecə bağlı elan edilən hərraclardan sonra hər barrelə görə 52,51 dollar təşkil edib. Verilən məlumatlara görə, neftin qiyməti gün ərzində 0,13 dollar və yaxud 0,25% azalıb. Xatırladaq ki, cümə günü səhər başa çatan hərraclarda alıcılara may ayında çatdırılacaq «qara qızıl» üçün Fyuçers kontraktlarında neftin 1 barrelinin qiyməti 52,64 dollar olmuşdu.
Qeyd edək ki, cari qiymətlər neftin 1 barelinin ötən il iyulun 11-də Nyu-York birjasında qeydə alınan mütləq maksimum dəyərindən 94,76 dollar aşağıdır. Eyni zamanda London qitələrarası birjasında mayda ixrac ediləcək «Brend» markalı neftin 1 barrelinin dəyəri, əksinə 53,47 dollara çataraq 72 sent və yaxud 1,36% artıb. Analitiklərin fikrincə, karbohidrogen xammalının bahalaşması ilk növbədə fond bazarında yaranan canlanma və dolların məzənnəsinin dünya aparıcı valyutaları ilə müqayisədə düşməsi ilə bağlı ola bilər. Bu halda neft Fyuçerslərinin dollarla alınması isə əcnəbi investorlar üçün xüsusilə sərfəli olacaq. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar