Avropa təhlükədədir
05 Noyabr 2009 Cümə Axşamı 16:50
Ekspertlər hesab edir ki, Avropa iqtisadiyyatının düzəlməsi üçün uzun illər tələb oluna bilər
Qlobal maliyyə böhranı Avropanın iqtisadi sisteminə böyük təhlükə yaradır və durumun düzəlməsi üçün uzun illər tələb oluna bilər. Belə bir fikri Şurasının iqtisadi və valyuta məsələləri üzrə komissarı Xoakin Almuniya ifadə edib. "Dünyanın heç bir iqtisadi sistemi baş verənlərlə barışa bilməz. Kredit sisteminə baxdığımız zaman aydın görünür ki, bizim iqtisadiyyatımız böyük təhlükə qarşısındadı", - deyə o bildirib.

Avropa Komissiyası bu il Avrozonada 4 faizlik iqtisadi tənəzzül və 2010-cu ildə 0.7 faiz iqtisadi artım proqnozlaşdırır. 2007-ci ilin ortalarından etibarən başlayan qlobal iqtisadi böhranda Avropa maliyyə institutları 500 mlrd. dollar zərərlə üzləşib.

"Hakimiyyət maliyyə sisteminə dəstək məqsədilə fövqəladə tədbirlərə əl atır. Yalnız 2011-ci ildə iqtisadiyyata bu tip yardım proqramlarının ixtisarına imkan yarana bilər. Lakin tam əminliklə söyləyə bilmərik ki, həyata keçirdiyimiz bu tədbirlər stabil iqtisadi inkişafı təmin edəcək. Monetar siyasətə gəlincə, bu sahədə də çətin durumdayıq. Bu qədər aşağı faiz dərəcələri normal hal deyil", - deyə Almuniya vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar