Avropa Komissiyası: 2010-cu ildə yeni qaz böhranı təhlükəsi var
08 Dekabr 2009 Çərşənbə Axşamı 02:25
Avropa Komissiyası: 2010-cu ildə yeni qaz böhranı təhlükəsi var. Avropa Birliyi ölkələri isə böhrana daha ciddi hazırlaşıblar.
Energetika üzrə Avropa komissarı Andris Piebalqs 2010-cu ilin əvvəllərində Avropa Birliyinin qala təminatında yeni böhranın yarana biləcəyini istisna etmir. O bunu Avropa Birliyinə üzv 27 ölkənin energetika nazirlərinin Brüsseldəki toplantısının yekunlarında dair mətbuat konfransınd deyib.

Avropa komissarının sözlərinə görə, 2009-cu ilin son günlərində böhran gözlənilməsə də, 2010-cu il üçün risklərin mövcudluğu aydındır. Bununla belə, Andris Piebalqs Rusiya və Ukrayna hökumətlərinin yeni krizisə yol verilməməsi üçün göstərlikləri səyləri də qeyd edib.

Avropa Birliyinə sədrlik edən İsveçin energetika naziri Maud Olovsson isə bəyan edib ki, Avropa Birliyi ölkələri böhran vəziyyətinin yaranmasına bir əvvəlki ilə müqayisədə daha yaxşı hazırlaşıblar.

Xatırladaq ki, bu ilin yanvarında Rusiya və Ukrayna arasında kommersiya fikir ayrılıqları üzündən Rusiya qazı iki həftə ərzində Avropa Birliyi istehlakçılarına ötürülməmişdi. 2009-cu il üçün müqavilənin olmadığını əsas gətirən “Qazprom” şirkəti 1 yanvar 2009-cu ildən Ukraynaya qaz verilşini, 7 yanvar 2009-cu ildən isə Ukrayna ərazisi vasitəsilə Avropaya qaz nəqlini dayandırmışdı. Tranzit yanvarın 20-də Rusiya və Ukrayna baş nazirləri səviyyəsində əldə edilmiş razılaşma, eləcə də “Qazprom” və “Naftoqaz” arasında bağlanmış on illik müqavilədən sonra bərpa edildi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar