Avropa Birliyi “Volvo”nun çinlilərə satılmasına razılıq verdi
07 İyul 2010 Çərşənbə 01:50
Çinin “Zhejiang Geely” şirkəti “Volvo”nu 1,8 milyrd dollara alıb.
Avropa Komissiyası “Volvo” avtomobil istehsalçısının Çinin “Zhejiang Geely” holdinqinə satılmasına razılıq verib. Komissiya qərar qəbul edib ki, bu sövdələşmə Avropa iqtisadi zonası daxilində rəqabətə zərər vurmayacaq. Çünki “Geely” bu bazarda az maşın satır, “Volvo”nun istehsal sahəsi və avtomobil komponentlərinin təchizatındakı yeri əhəmiyyətli deyil. Beləliklə, Avropa Komissiyası hesab edir ki, iki şirkətin birləşməsi avtomobil bazarı iştirakçılarına ciddi zərər verməyəcək.
“Ford” konserni “Volvo” markasının “Geely” holdinqinə satılması barədə qərarı ilk dəfə ötən ilin dekabrında elan edilib. Bu barədə müvafiq razılaşma isə bu ilin martında imzalanıb. Sövdələşmənin məbləği 1,8 milyrd dollar təşkil edib. Bu, “Ford”un İsveçin avtomobil istehsalçısı olan “Volvo”ya 199-cu ildə ödədiyi məbləğdən 4,6 milyrd dollar azdır. “Volvo” 2006-cı ildən zərərlə işləyir. 2009-cu ildə onun itkiləri 14 milyard dollar olub.
“Geely” yaxın gələcəkdə “Volvo”ya 900 milyon dollarlıq sərmayə yatırmaq istəyir. Çin şirkətinin rəhbərliyi hesab edir ki, bu pul qoyuluşu avtomobil istehsalçısını həyata qaytara və iki il ərzində ziyanla işləyən brendin qazanc əldə etməsinə imkan verə bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: