Avropa bankları ABB ilə əməkdaşlıqda maraqlıdırlar
19 Mart 2012 Bazar Ertəsi 19:10
Azərbaycan Beynəlxalq Bankında Avropanın 10 aparıcı bankının nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan Beynəlxalq Bankında (ABB) Avropanın 10 aparıcı bankının nümayəndələri ilə görüş keçirilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Avropa banklarının nümayəndələri 2011-ci ildə Beynəlxalq Bank ilə əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın 2012-ci ildə də davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
ABB-nin nümayəndələri isə öz növbəsində tərəfdaşlarını Bankın əsas maliyyə göstəriciləri və strateji planları ilə tanış ediblər.
Qeyd edək ki, ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% pay dövlətə, 49,8% - özəl səhmdarlara məxsusdur.
DOSTLARINLA PAYLAŞ: