Avro ucuzlaşmaqda davam edir
27 May 2010 Cümə Axşamı 11:45
Avropa pul vahidi dollar, iyen və yuan qarşısında da tab gətirə bilmir.
Avro dollar qarşısında son 4 ildə ən aşağı səviyyəsindədir. Bununla yanaşı, Avropa pul vahidi iyen və yuan qarşısında da ucuzlaşmaqda davam edir. Bu səbəbdən də avrozona ölkələri ixracatlarını Avropadan xaricə artıra bilərlər.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı hesab edir ki, avronun zəifləməsi təkrar iqtisadi enişə gətirməyəcək. Bu, əksinə avrozonada artım tempini stimullaşdıracaq. Təşkilatın aparıcı iqtisadçısı Pyer Karlo Padoanın fikrincə, hazırda baş verənlər büdcə xərclərinin azaldılması tədbirlərindən də böyük əhəmiyyətə malikdir: “Dünya iqtisadiyyatında valyuta məzənnəsi sferasındakı qüvvələr balansında dəyişikliyə ehtiyac var. Əvvəllər də avro dəyərləndirilmişdi, lakin Çin yuanının isə əksinə dəyəri azaldılmışdı, necə ki indi də olduğu kimi qalıb”.

Avronun məzənnəsinin aşağı düşməsi ABŞ prezidenti Barak Obamanın planlarına mane olur. Belə ki, Ağ ev rəhbərliyi ABŞ ixracatının səviyyəsini 4 ilə iki dəfə artırmaq niyyətindədir .

Qeyd edək ki, avro valyutasının zəifləməsi Avropa məhsullarını üçüncü dünya ölkələrində, Amerika mallarına nisbətən daha cəlbedici edir. Digər tərəfdən isə bir müddət əvvəl Amerika-Çin danışıqları zamanı Çin hökuməti avro ətrafında baş verənlərdən narahatlığını ifadə etmişdi.

Bu arada, Çin ixracatçılarının gəlirləri aşağı düşür. Belə ki, 4 ay ərzində yuanın məzənnəsi avroya qarşı 14 faiz möhkəmlənib. Bununla yanaşı, Çinin ixracatının 20 faizini Avropa bazarı təşkil edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar