Avro dəyərdən düşdü
06 Sentyabr 2011 Çərşənbə Axşamı 04:09
Avropanın vahid valyutası dollarla müqayisədə 0,8 faiz ucuzlaşıb
Ötən gün Avropa Birliyinin maliyyə bazarı dollara nisbətdə avronun məzənnəsinin azalması ilə bağlanıb. Bakıda vaxtı ilə bu gün saat 01.01-də Avropa Birliyində 1 avro 1,4092 dollara dəyişdirilib. Beləliklə, son 24 saatda vahid Avropa valyutası dollarla müqayisədə 0,8 faiz ucuzlaşıb.
İnvestorların avrodan üz döndərməsi Avropa Birliyinin fond birjasının çökməsi ilə nəticələnib. Belə ki, London birjasının indeksi 3,58 faiz, Frankfurt birjasının indeksi 5,28 faiz, Paris birjasının indeksi 4,73 faiz, Milan birjasının indeksi 4,83 faih, Madrid birjasının indeksi 4,69 faiz, Brüssel birjasının indeksi 4,61 faiz, Amsterdam birjasının indeksi isə 4,18 faiz azalıb. Ən böyük itki Avropa Birliyi banklarının səhmlərində qeydə alınıb. Məsələn, Almaninyan iri “Deutsche Bank” bankının səhmləri 8,86 faiz ucuzlaşıb.
DOSTLARINLA PAYLAŞ: