Avqustda xarici valyuta ilə ticarət xeyli azalib
05 Oktyabr 2010 Çərşənbə Axşamı 13:50
Nağdsız valyuta əməliyyatları dövriyyəsi 16,93 faiz azalaraq 1,965 milyard manat olub.
Bu ilin avqust ayında nağdsız valyuta əməliyyatları dövriyyəsi 16,93 faiz azalaraq 1,965 milyard manat ekvivalenti (2,44 milyard dollar) təşkil edib. Bu ilin 8 ayında valyuta dövriyyəsi 16,339 milyard manat (20,32 milyard dollar) olub. Bu, 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz azdır.
Avqustda ABŞ dolları ilə əqdlər 3,3 faiz azalıb. Amma onunla əməliyyat həcmi 79,21 faiz təşkil edib. Avro ilə əməliyyat həcmi 18,63 faizədək artıb, qalan 2,16 faiz Rusiya rublu ilə funt sterlinqin payına düşüb.
Nağd ABŞ dolları ilə əməliyyatlar sentyabrda 464,82 milyon dollar olub. Bu avqust göstəricisindən 85,95 milyon dollar və ya 15,6 faiz azdır. Amma bu valyutanın alışı sentyabrda 16 faiz azalaraq 366,25 milyon dollar olub. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə indiki yanvar-avqustda Amerika valyutası ilə nağd mübadilə əməliyyatlarının həcmi 19,8 faiz azalaraq 4006,62 milyon dollar təşkil edib.
Nağd avro ilə əməliyyat həcmi 8 ayda 690,8 milyon (müvafiq valyuta vahidi), Rusiya rublu ilə 1494,7 milyon, ingilis funt sterlinqi ilə 14 milyon təşkil edib.
Qeyd edək ki, nağd ABŞ dollarının manatla orta mübadilə məzənnəsi avqustda dəyişməyib. Son 12 ayda 2 bənd enərək 1 USD üçün 0,8042 manat təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: