Atəşgah xaricə gedənlər üçün ən iri ödəniş edib
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Atəşgah sığorta şirkəti 30 min avroluq ödəniş həyata keçirib.
“Atəşgah" sığorta şirkəti xaricə gedənlərin sığortası çərçivəsində bir sığorta hadisəsi üzrə 30 min avro məbləğində ən iri ödəniş həyata keçirib. Bu barədə ANS PRESS-ə “Atəşgah" sığorta şirkətinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf, əhali gəlirlərinin artımı xarici ölkələrə istirahətə gedən vətəndaşlarımızın sayının artmasına imkan yaradır. Məhz bu şəraitdə xaricə gedənlərin sığorta polisinə (travel insurance) böyük ehtiyac duyulur. Bu cür sığorta polisinin əldə edilməsi sığorta olunan şəxsə gözlənilməz vəziyyət yarandıqda, zəruri müdafiəyə və xarici ölkələrdə tibbi xidmətlərin bahalı olduğunu nəzərə alaraq, bu xidmətlərdən faydalanmağa təminat verir.

Məlumata görə, sığorta məbləğinə əsasən fiziki şəxs “Atəşgah” sığorta şirkətində sığortanın qeyd edilən növü üzrə polis əldə edib və İsveçə qohumlarının yanına gedib. Xarici ölkədə olduğu müddət ərzində sığortalanmış şəxsin səhhəti kəskin pisləşib, o xəstəxanaya yerləşdirilib və burada lazımi tibbi yardım alıb. Müalicənin nəticəsinə görə, “Atəşgah” sığorta şirkəti müştərinin müalicəsinə xərclərin ödənilməsi üçün klinikaya 30 000 avro ödəyib.

Qeyd edək ki, “Atəşgah” sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib. “Atəşgah” SŞ, “Atəşgah Həyat” SŞ və “İntermed” Tibb Klinikası “Atəşgah” Sığorta Qrupuna daxildir. 2010-cu ilin nəticələrinə əsasən “Atəşgah” SQ, Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində Qrupun sığorta haqları 15,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar