«Atəşgah Sığorta» şirkəti loqotipini yeniləyib
27 Aprel 2011 Çərşənbə 12:20
Azərbaycanın «Atəşgah Sığorta» şirkəti 15 illiyi münasibəti ilə korporativ loqotipini yeniləyib
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti 15 illiyi münasibəti ilə korporativ loqotipini yeniləyib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Atəşgah»ın loqotipi odu - üç alov şöləsini – Azərbaycan tarixinə olan ehtiram və məxsusluğunu təcəssüm edir.
Şirkət 15-ci ildönümündə öz loqotipini əbədi arzu simvolu olan «Al yelkənlər»lə bəzəmək qərarına gəlib. Yenilənmiş al yelkənli loqotip isə şirkətin irəliyə doğru məramını əks etdirir.
Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. Şirkətinin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir.
DOSTLARINLA PAYLAŞ: