Atəşgah Sığorta qalibləri mükafatlandırdı
16 Oktyabr 2010 Şənbə 10:45
Atəşgah Sığorta elan etdiyi müsabiqənin qaiblərinin mükafatlandırılmasını keçirib.
“Atəşgah Sığorta” şirkətinin Azərbaycanın elan etdiyi müsabiqənin qaiblərinin mükafatlandırılması keçirilib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müsabiqədə iştirak edən 15 iştirakçıdan yalnız 3 nəfər sığorta mövzusunda sualları düzgün cavablandıraraq qalib elan edilib.
Qaliblər reklam sahəsində çalışan Fuad Kərimov, bank sahəsində çalışan Kamran Şıxəliyev və Aytən Məmmədbəyovadır. Keçirilən mükafatlandırma mərasimində qaliblərə hədiyyə olaraq “Arxayın sürücü” sığorta paketi təqdim edilib.
Mükafatları təqdim edən “Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Əkbər Mədətli müsabiqəyə maraq göstərdiklərinə görə qaliblərə “Atəşgah Sığorta” şirkətinin adından minnətdarlığını bildirib.
Qeyd edək ki, “Atəşgah Sığorta” Açıq Səhimdar Cəmiyyəti 1996-cı ildə yaradılıb. 13 fevral 1997-ci ildə isə şirkət sığorta fəaliyyətinə başlayıb. Hazırda “Atəşgah Sığorta” 17 könüllü, 4 məcburi sığorta xidməti göstərərək ölkənin sığorta bazarının lideri mövqeyini inamla qoruyur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: