Atəşgah-ın ilk qalibi məlum oldu
25 Noyabr 2010 Cümə Axşamı 18:20
Gələn həftə Elmdar Bayramova Dubaya 5 günlük pulsuz istirahət kuponu veriləcək
"Atəşgah" sığorta şirkəti ən yaxşı həvəskar reklam çarxı üzrə müsabiqənin qalibini elan edib. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, onlayn səsvermənin qalibi Elmdar Bayramov olub. Gələn həftə şirkətin ofisində qalib təltif ediləcək, ona Dubaya 5 günlük pulsuz istirahət kuponu veriləcək.
Şirkətin sığorta məhsulları barədə daim məlumat vermək üçün sığorta şirkətinin müştəriləri və "Facebook"a girənlər üçün müsabiqələr təşkil edilir. Müsabiqə şərtlərinə əsasən, "Arxayın Valideyn", "Arxayın Sakin" və ya "Arxayın Sürücü" pərakəndə məhsullardan biri haqda videoçarxı çəkmək, daha sonra isə onu YouTube-da yerləşdirib, linkini "Atəşgah" Şirkətinin elektron ünvanına göndərmək tələb olunur.
Qeyd edək ki, "Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin dekabrında yaradılıb. Şirkət fiziki və hüquqi şəxslərə sığortanın 22 növü üzrə xidmət təqdim edir. 2008-ci ildə nizamnamə kapitalı 2,7 milyon manata artırılıb. "Atəşgah"ın Bakıda 5 ofisi, 6 regional nümayəndəliyi var. Şirkətin səhmdarları ARDNŞ (10 faiz), I.S.R.Holding Limited (63 faiz), "RAN-Eksim" MMC-dir (27 faiz).
DOSTLARINLA PAYLAŞ: