Atəşgah Həyat 30 min manat ödəniş edib
01 İyul 2011 Cümə 23:00
Sığorta şirkəti istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti ödənişi həyata keçirib.
“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişini həyata keçirib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2011-ci ilin fevralında “Atəşgah Həyat” SŞ-də sığortalanmış Gəncənin iri sənaye müəssisələrindən birinin əməkdaşı (mühəndis) yol - nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 30 000 manat təşkil edib. Məbləğ faydalanan şəxslərə - həlak olmuşun həyat yoldaşı və övladlarına verilib. Hazırda şirkət tərəfindən adıçəkilən məhsul üzrə sığorta hadisələri ilə bağlı 20-dən artıq müraciət araşdırılır.

“Atəşgah Həyat” SŞ – 2008-ci ilin dekabrında Azərbaycanda təsis edilmiş ilk həyat sığortası şirkətidir. Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar