AtaSığorta topladığı sığorta haqları 40,8 faiz artıb
24 Yanvar 2011 Bazar Ertəsi 15:05
AtaSığorta şirkətinin sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği 1,070 milyon manat təşkil edib
“AtaSığorta” şirkətinin 2010-cu il ərzində topladığı sığorta haqları 4,240 milyon manat təşkil edib ki, bu da ötən illik dövr ilə müqayisədə 40,8 faiz çoxdur. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən il ilə müqayisədə 48,0 faiz artaraq 1,070 milyon manat təşkil edib.
Hesabat ili ərzində şirkətin ümumi gəlirləri 6,062 milyon manat, ümumi xərcləri 5,212 milyon manat olmaqla, balans mənfəəti 0,850 milyon manat təşkil edib.
Qeyd edək ki, “AtaSığorta” ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət sığortanın 23 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Səhmdarı “AtaHoldinq” ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 4,8 milyon manat təşkil edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: