AtaSığorta nizamnamə kapitalını 10 milyon manata çatdıracaq
14 Dekabr 2011 Çərşənbə 18:05
Tamerlan Hacıyev: “Bu ilin 11 ayı ərzində “AtaSığorta”nın yığımları 4,6 milyon manat təşkil edib”.
“AtaSığorta” ASC gələn il üçün nizamnamə kapitalını 10 milyon manata çatdırmağı planlaşdırır. ANS PRESS-in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında jurnalistlərə “AtaSığorta”nın İdarə Heyətinin sədri Tamerlan Hacıyev məlumat verib. Onun sözlərinə görə, hazırda şirkətin nizamnamə kapitalı 5 milyon manat təşkil edir ki, şirkət bunu gələn il daha 5 milyon manat artıracaq. Şirkətin İdarə Heyətinin sədri “AtaSığorta”nın yığımlarında olan artımın gələn ildə də davam edəcəyini gözlədiklərini deyib: “Bu ilin 11 ayı ərzində “AtaSığorta”nın yığımları 4,6 milyon manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz artım deməkdir”.

Şirkət rəsmisi həmçinin “AtaSığorta”nın sığorta bazasında 2-2,5 dəfə artım olacağını bildirib. Onun sözlərinə görə, hazırda şirkətin sığortaçı bazası 15 mindən çoxdur.

Qeyd edək ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir. Təsisçisi “AtaHolding” olan şirkətin nizamnamə kapitalı 5 milyon manat təşkil edir. Şirkət 22-si könüllü olmaqla, 27 növ sığorta xidməti təqdim edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar