AtaSığorta kapitallaşmanı gücləndirir
08 Noyabr 2010 Bazar Ertəsi 17:35
AtaSığorta şirkəti nizamnamə kapitalını 4 milyon 800 min manata çatdırmaq istəyir.
“AtaSığorta” şirkəti nizamnamə kapitalını daha 800 min manat artıraraq 4 milyon 800 min manata çatdırmaq istəyir. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən qeydiyyata alınmış şirkətin səhmlərinin emissiya prospektinə əsasən, hər birinin nominal qiyməti 24 manat olan 200 min adi adlı sənədli səhm buraxılacaq.
Bu, səhm nominalının 20 manatdan 24 manata qədər artırılması və konversiyası hesabına mümkün olacaq. Nizamnamə kapitalı bir ay müddətində ödəniləcək.

Şirkətdən verilən məlumata görə, emissiya qapalı yerləşdirmə metodu ilə həyata keçiriləcək. Şirkətin səhm miqdarının saxlanılması onu göstərir ki, kapitallaşmanın gücləndirilməsi fəaliyyətdə olan səhmdarın hesabına həyata keçəcək.

Qeyd edək ki, şirkət sığorta bazarında 2004-cu ildən fəaliyyət göstərir. Şirkət 22 könüllü, 5 icbari sığorta növü üzrə fəaliyyət göstərir. Səhmdarı “AtaHoldinq” ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 4 milyon manat təşkil edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar