AtaSığorta ASC-nin topladığı sığorta haqları 14 faiz artıb
10 İyul 2012 Çərşənbə Axşamı 19:30
AtaSığorta sığorta şirkəti bu ilin birinci yarımili üzrə fəaliyyətinə yekun vurub.
“AtaSığorta” şirkətinin bu ilin birinci yarımili ərzində topladığı sığorta haqları 6,277 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, 2011-ci ilin illik səviyyəsindən isə 14 faiz çoxdur. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yığımların 54,8 faizi (3,439 milyon manat) könüllü növlər, 45,2 faizi (2,838 milyon manat) isə icbari növlər üzrə sığorta haqlarının payına düşür.

Hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,8 faiz artaraq 1,289 milyon manat təşkil edib. Könüllü növlər üzrə 1,197 milyon manat, icbari növlər üzrə isə 0,092 milyon manat məbləğində sığorta ödənişləri verilib.

Qeyd edək ki, “AtaSığorta” ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət “İcbari Sığorta Bürosu”nun təsisçisi və iştirakçısıdır. Şirkət sığortanın 22 könüllü və 4 icbari növləri üzrə məhsullar təqdim edir. Səhmdarı “AtaHoldinq” ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 5,6 milyon manat təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar