“AtaSığorta” 0,47 milyon manat sığorta ödənişi edib
15 Oktyabr 2010 Cümə 12:50
AtaSığorta sığorta haqqlarının ümumi həcmi 2,89 milyon manat təşkil edib.
“AtaSığorta” ASC bu ilin 9 ayı üzrə fəaliyyətinə yekun vurub. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata əsasən, bu ilin 9 ayı ərzində “AtaSığorta” ASC-nin topladığı sığorta haqqlarının ümumi həcmi 2,89 milyon manat, verilmiş sığorta ödənişləri 0,47 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində şirkətin ümumi gəlirləri 4,15 milyon manat, ümumi xərcləri 3,49 milyon manat olmaqla, balans mənfəəti 0,66 milyon manat təşkil edib ki, bu da nəzərdə tutulan proqnoz göstəricidən 0,6 faiz çoxdur.

Qeyd edək ki, “AtaSığorta” ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı “AtaHoldinq” ASC olan Şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 4 milyon manat təşkil edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar