AtaBank "Golden Pay"a qoşuldu
20 Aprel 2011 Çərşənbə 21:15
Bank müştərilərinə "Bill Pay" sistemini təqdim edib.
"AtaBank" ASC bu günlərdə "Golden Pay" şirkəti ilə müştərilərə yeni "Bill Pay" sistemini təqdim edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu sistemin vasitəsi ilə bankın hər bir kart sahibi internetdən istifadə edərək öz kommunal ödənişlərini həyata keçirə biləcəklər.

Yeni "Bill Pay" sistemi vasitəsilə kart sahibi "AtaBank" ASC-nin rəsmi internet saytında qeydiyyatdan keçib (http://atabank.com/index.php - Onlayn ödəmə) öz şəxsi kabineti yarada bilər. Bu gün bu sistem vasitəsilə 40-a yaxın şirkətin xidmət haqqlarını ödəmiək mümkündür və bu şirkətlərin siyahısı daim genişlənməkdədir. Bunlar arasında mobil rabitə operatorları, stasionar telefonlar, internet provayderləri və s. şirkətlər var.

Ödənişlərin "Bill Pay" vasitəsi ilə həyata keçirilməsinin və şəxsi kabinetin yaradılmasının bir çox üstünlükləri var ki, onların arasıdan aşağıdakıları qeyd edə bilərik:

- Ödənişlər hər-hansı komisyon haqqı ödənilmədən həyata keçirilir;
- Kart istifadəçisi bütün aparılmış ödənişlər haqqında məlumatı istənilən vaxt şəxsi kabinetdən ala bilər;
- Hər ödənilmiş 1 manat məbləğinə, kart istifadəçisi 100 bonus xalı əldə edir. Sonradan bu kart istifadəçiləri müxtəlif kampaniyalarda iştirak ediləcəkdir;
- Ödənişlər dərhal onlayn rejimində həyata keçirilir;
- Ödənişləri günün 24 saatı, həftənin 7 günü ərzində edilməsi mümkündür.

Növbəti mərhələdə "Bill Pay" ilə bankda tətbiq ediləcək "İnternet-banking" sisteminə qoşulacaq. Nəticədə müştərilər öz cari hesabları vasitəsilə kommunal ödənişlərin həyata keçirilməsi imkanını da qazanacaqlar.

"AtaBank" ASC-nin kart istifadəçisi olmayan müştərilər isə yuxarıda göstərilən kommunal ödənişlərin həyata keçirilməsi məqsədilə "AtaBank" ASC-nin istənilən filial və ya şöbələrinə müraciət edə bilərlər. Bankın filial və şöbələrində kommunal ödənişlərin nağd şəklində aparılması üçün yeni "Agent Pay" sistemi artıq tətbiq edilmişdir və müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar