AtaBank beynəlxalq reytinq almağa hazırlaşır
02 İyun 2011 Cümə Axşamı 17:44
AtaBank Müşahidə Şurası artıq beynəlxalq şirkətlərlə danışıqlara başlayıb.
“AtaBank” ASC korporativ standartların tətbiqini təkmiləşdirmək və bankın daha da dinamik inkişafını təmin etmək məqsədilə cari ilin sonuna qədər beynəlxalq kredit reytinqinin alınmasını planlaşdırır. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bank kreditlər, öhdəliklər və risklər üzrə reytinq almağı nəzərdə tutub.

Artıq bu məqsədlə bankın Müşahidə Şurası müvafiq qərar qəbul edib və 3 beynəlxalq şirkətlə danışıqlara başlanılayıb. Bunlar “Fitch Ratings”, “Moody’s” və “Standard & Poor’s” şirkətləridir.

Reytinqin alınması bankın maliyə stabilliyinin, sağlam kredit portfelinə malik olmasının və yüksək ödəniş qabiliyyətinin göstəricisidir. Beynəlxalq kredit reytinqinin alınması “AtaBank” ASC-yə gələcəkdə daxili bazarla yanaşı, xarici bazarlardan da sərbəst vəsaitlərin cəlbinə, bununla da növbəti illərdə inkişafın davamlılığının və çoxşahəliyini təmin edilməsinə zəmin yaradır.

Qeyd edək ki, bir qayda olaraq beynəlxalq reytinq agentlikləri tərəfindən təşkilat və şirkətlərə verilən reytinqlərin yuxarı həddi ölkə reytinqi ilə məhdudlaşır və bu gün bank bazarında cəmi bir neçə bank beynəlxalq kredit reytinqinə malikdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar