Astara çeltikçilerinin narazılığı
22 Avqust 2013 Cümə Axşamı 18:55
Ötən illərlə müqayisədə texnika çatışmazlığı problemi qismən həll olunsa da, çəltikçiliyə aid texnikanın olmaması fermerləri çətin vəziyyətdə qoyub.
Astara çəltikçiləri bu ilki yığımın nəticələrindən razıdır. Biçin yekunlaşmasa da hər hektarın məhsuldarlığının ötən illərlə müqayisədə orta hesabla 10-15% artıq olacağı gözlənilir. Yeganə çatışmazlıq texnika sarıdandır.

Havaların əlverişli keçməsindən istifadə edən Astara çəltikçiləri ötən həftədən biçinə başlayıb. Əkin keçirilmiş 140 hektar sahənin 70 hektarında biçin aparılıb. Yığım başa çatmasa da hər hektarın məhsuldarlığının ötən illərlə müqayisədə 10-15% artıq olduğu bildirilir. Fermerlər bu ilki hava şəraitinin çəltikçilik üçün optimal olduğunu, hər hektarın məhsuldarlığının 65%-dən yuxarı olduğunu deyir.

Ötən illərlə müqayisədə texnika çatışmazlığı problemi qismən həll olunsa da, çəltikçiliyə aid texnikanın olmaması fermerləri çətin vəziyyətdə qoyub. Onları narahat edən yığım vaxtı məhsul itkisinin çox olmasıdır.

Sevindirici məqam məhsulun satışında heç bir problemin yaşanmamasıdır. Yerli düyüyə tələbat böyük olduğundan fermerlər məhsulu elə yerindəcə reallaşdırır.

Satış problemi qətiyyən yoxdur. Düyü çox keyfiyyətli olduğu üçün, buna heç bir dərman maddəsi qatılmadığı üçün müştərilər bu düyünü evdən alırlar.

Qeyd edək ki, vaxtı ilə Cənub bölgəsində təsərrüfatın aparıcı sahəsi olan çəltikçilik hazırda ancaq Astara rayonunda qalıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar