Asiya İnkişaf Bankının prezidenti: «Azərbaycan iqtisadiyyatı Asiya ölkələri fonunda daha sürətlə in
01 May 2010 Şənbə 14:00
“Azərbaycan iqtisadiyyatı Asiya ölkələri fonunda daha sürətlə inkişaf edir”. Bu açıqlamanı «APA-ECONOMICS»ə Asiya İnkişaf Bankının (AİB) prezidenti Haruhiko Kuroda verib.
“Cənubi Qafqaz regionunda Azərbaycan ən sürətli iqtisadi inkişafa malikdir. Azərbaycan böyük neft və enerji resurslarına malikdir ki, bunun təsiri nəticəsində ölkənin iqtisadiyyatı regionda sürətlə inkişaf edir”.

AİB-lə Azərbaycanın münasibətlərindən danışan H. Kuroda qeyd edib ki, tərəflər arasında əməkdaşlıq1999-cu ildən başlayıb və hazırda yaxşı səviyyədədir. Hazırda AİB Azərbaycanda bir sıra layihələri maliyyələşdirir. Bununla yanaşı, Azərbaycan AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) iştirakçısıdır: «Ümüd edirəm ki, əməkdaşlığımız təkcə Azərbaycanla deyil, Qafqaz regionunun digər ölkələri ilə də bir qədər də möhkəmlənəcək və inkişaf edəcək”.

Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avrora Üenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar kredit ayırmağı planlaşdırır.

Xatırladaq ki, CAREC-in üzv ölkələri sırasına Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan və Əfqanıstan daxildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar