ASB "GoldenPay" sisteminə qoşulub
30 Avqust 2010 Bazar Ertəsi 18:15
Bundan sonra bankın saytında plastik kartla real vaxt rejimində 20 şirkətə xidmət ödənişi etmək olar.
"Azərbaycan Sənaye Bankı" ASC Azərbaycanda onlayn ödəniş üzrə ilk provayder olan "GoldenPay" sisteminə qoşulub. Bankdan verilən məlumata görə, bundan sonra bankın saytında (www.asb.az) plastik kartla real vaxt rejimində 20 şirkətə xidmət ödənişi etmək olar.
Məsələn, burada qaz və işıq pulu (Bakıelektrikşəbəbkə) ödəmək, "Azercell", "Azerfone-Vodafone", "Bakcell" və "Nar Mobile" mobil rabitə operatorlarında balans artırmaq, "Aztelekom" və "Bakı Telefon Şəbəkəsi", internet provayderləri və kabel televiziyaları üçün ödəniş etmək mümkündür.
Qeyd edək ki, “GoldenPay”ın tərəfdaşları 50-dən çox yerli şirkətdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: