ASB bayram günlərində də fəaliyyət göstərəcək
29 Dekabr 2010 Çərşənbə 15:15
Bankın “Park Bulvar” filialı fasiləsiz 12 saat ərzində müştəriləri üçün açıq olacaq
“Azərbaycan Sənaye Bankı”nın “Park Bulvar” alış veriş mərkəzində fəaliyyət göstərən filialında 31 dekabr tarixində saat 10:00 – 21:00-a qədər və 1 yanvar tarixində isə 14:00 – 22:00, digər bayram günləri isə fasiləsiz olaraq saat 10:00-dan axşam 22:00-a kimi hər növ bank xidmətləri göstəriləcək.

Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərkəzin giriş mərtəbəsində yerləşən “ASB”-nin “Park Bulvar” filialında səhər saat 10:00-dan axşam 22:00-a kimi fasiləsiz 12 saat ərzində bankın müştəriləri bütün növ bank xidmətlərindən istifadə edə bilərlər.

Bura bütün növ valyuta əməliyyatlarının həyata keçirilməsi, “Western Union” sürətli pul köçürmə sistemi, rabitə və kommunal ödənişləri, plastik kartlarla əməliyyatlar, 7/24 ATM xidmətləri, fərdi kreditlər, biznes-kreditlər və POS Terminal xidmətləri daxildir.

Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı” 1996-cı ildə “CI Bank” kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bu ilin dekabr ayının 1-nə bankın aktivlərinin həcmi 105.849 milyon manat, depozit portfeli 72,882 milyon manat, kredit portfeli 68,604 milyon manat, məcmu kapitalı 26,258 milyon manat, o cümlədən nizamnamə kapitalı 22,114 milyon manat təşkil edib. Hazırda bankın ölkə üzrə 8 filialı, 28 bankomatı və 288 POS-terminalı fəaliyyət göstərir. Bankın müştəri sayı 25.000-dən çoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar