Artıq hamı kredit təşkilatları təsis edə biləcək
09 Fevral 2010 Çərşənbə Axşamı 18:25
Yeni qanun qüvvəyə minib. Artıq hamı kredit təşkilatları təsis edə biləcək.
Azərbaycanda "Bank olmayan kredit təşkilatları haqqında" qanun qüvvəyə minib. Sənədə əsasən, Azərbaycan vətəndaşları ilə yanaşı, xarici ölkələrin fiziki və hüquqi şəxsləri də ölkəmizdə bank olmayan kredit təşkilatları təsis edə bilər.

Yeni yaradılmış təşkilat Mərkəzi Bankdan lisenziya alandan sonra fəaliyyətə başlaya biləcək. Xarici ölkələrdə fəaliyyət göstərən bank olmayan kredit təşkilatları Azərbaycanda yalnız girov əmanəti qəbul etmək hüququ olmayan filiallar təsis etmək hüququna malik olacaqlar. Lakin onlar verdikləri kreditlərə görə girov götürə bilməzlər. Bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalının minimum məbləğini isə Mərkəzi Bank müəyyən edir. Belə təşkilatlara lisenziya müddətsiz verilir. Lisenziya almış kredit təşkilatı eyni zamanda borc öhdəliklərinin alqı-satqısı, lizinq fəaliyyəti, veksellərin uçotu, sığorta agenti xidməti, həmçinin məsləhət xidmətləri göstərə bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar