ARMPA ilk iclasını keçirib
21 Dekabr 2009 Bazar Ertəsi 12:55
Azərbaycan Risk Menecmenti Peşəkarları Assosiasiyası(ARMPA) yeni proqramların reallaşdırılmasını planlaşdırır.
Azərbaycan Risk Menecmenti Peşəkarları Assosiasiyası Himayəçilər Şurası (ARMPA) qurumun fəaliyyəti ilə bağlı bəzi məsələləri müzakirə edib.
“Ötən həftə assosiasiyanın Himayəçilər Şurasının ilk iclasında qurumun fəaliyyəti ilə bağlı cari məsələlər, həmçinin bəzi normativ sənədlər müzakirə olunub. Himayəçilər assosiasiya tərəfindən reallaşdırılması planlaşdırılan bəzi yeni proqramları müzakirə ediblər – “Banklarda daxili auditorların sertifikatlaşdırılması”, “Qabaqcıl risk menecment”. Bu istiqamətdə ARMPA Direktorlar Şurasına bəzi tövsiyyələr verilib”,-deyə məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycan Risk Menecmenti Peşəkarları Assosiasiyası 2009-cu ilin mayında yaradılıb. Hazırda Himayəçilər Şurası 11 nəfərdən ibarətdir. Onlar Azərbaycan Mərkəzi Bankını, respublikanın bəzi kommersiya banklarını, İslam İnkişaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının yerli nümayəndəliklərinin təmsilçilərindən ibarətdir. Ümumilikdə, Himayəçilər Şurası 15 nəfərdən ibarətdir və onun iclasları hər rübdə ən azı bir dəfə keçirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: