ARDNŞ-in dövlət büdcəsinə ödənişləri 110 faiz artıb
11 Mart 2011 Cümə 20:26
Dövlət Neft Şirkətinin DSMF-ə ödədiyi vəsait də 118,6 faiz artıb.
Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin fevral ayında dövlət büdcəsinə 75 milyon 997 min manat vəsait ödəyib. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ümumiyyətlə, 2011-ci ilin yanvar-fevral aylarında büdcəyə 184 milyon 834 min manat ödənib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 104 min manat və ya 110,2 faiz çox olub.
Bundan başqa, bu ilin fevral ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 583 min manat vəsait köçürüb ki, bu da ötən ilin fevral ayına nisbətən 2 milyon 196 min manat və ya 126,2 faiz çoxdur. Ümumiyyətlə, 2011-ci ilin yanvar-fevral aylarında şirkət tərəfindən DSMF-ə ödəniş 20 milyon 289 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 186 min manat və ya 118,6 faiz çoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: