ARDNŞ-in büdcəyə ödənişləri artıb
09 Avqust 2010 Bazar Ertəsi 17:05
Dövlət Neft Şirkəti iyulda dövlət büdcəsinə 88 927 000 manat vəsait ödəniş edib.
Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin iyul ayında dövlət büdcəsinə 88 milyon 927 min manat vəsait ödəyib. ARDNŞ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında büdcəyə 602 milyon 899 min manat ödənilib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 106 milyon 463 min manat və ya 121,4 faiz çox olub.

Bundan başqa, bu ilin iyul ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11 milyon 856 min manat vəsait köçürüb ki, bu da ötən ilin iyul ayına nisbətən 3 milyon 284 min manat (138,3 faiz) çoxdur. Ümumiyyətlə, bu ilin yanvar-iyul aylarında şirkət tərəfindən DSMF-ə ödəniş 73 milyon 113 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 718 min manat (119,1 faiz) çox olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar