ARDNŞ-in BƏƏ-də terminalı olacaq
19 May 2010 Çərşənbə 18:20
Terminal 2011-ci ilin əvvələndən fəaliyyətə başlayacaq.
Dövlət Neft Şirkəti (ARDNŞ) və İsveçrənin “Aurora Progress” əmtəə ticarət evi Birləşmiş Ərəb Əmirliyinin Fucayra limanında tikilməkdə olan yeni 641 000 kubmetrlik neft məhsulları anbarı terminalı da daxil olmaqla neft anbarı müəssisələrinin inkişafında tərəfdaşlıq edəcək. Cenevrədə fəaliyyət göstərən “SOCAR-Trading” şirkətinin yaydığı məlumatda deyilir ki, bu addım ARDNŞ-in beynəlxalq mövqeyinin möhkəmlənməsinə hesablanıb.

Məlum olduğu kimi, ARDNŞ dünya bazarlarına inamla daxil olmaq məqsədilə güclü və davamlı resurs bazası yaratmağı nəzərdə tutur. Fucayra inkişaf həcmlərinin əsaslı şəkildə artdığı ticarət mərkəzlərindən biridir və burada əlverişli mövqe tutmaq ARDNŞ-nin gələcək inkişafı üçün strateji üstünlük qazandıran amil kimi qiymətləndirilir.

Əməkdaşlıq çərçivəsində müştərilərə yüksək səviyyəli xidmət göstərilməsinə imkan verən çən anbarı əməliyyatları əsas götürülür. Eyni zamanda, “SOCAR-Trading” mövcud terminallarda istehsal gücünün müəyyən hissəsini icarəyə götürmək perspektivini də istisna etmir. Hazırda tərəflər əsas diqqəti terminalın inşası üçün hazırlıq işlərinə yönəldib.

Terminalın “SOCAR AURORA Fujairah Terminal” adlandırılmasına qərar verilib. Ümumi həcmi 641 000 m3 təşkil edən 20 çənlik anbardan ibarət “SOCAR AURORA Fujairah Terminal”ı neft yanacağı, qazolin, kerosin və orta distillyatlar (dizel, qazoil və reaktiv kerosin) qəbul etmək gücünə malikdir. Tərəflər Terminalın 2011-ci ilin əvvəlindən fəaliyyətə başlayacağını planlaşdırırlar. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar