ARDNŞ dekabrda büdcəyə 124,3 milyon manat ödəyib
16 Yanvar 2012 Bazar Ertəsi 17:30
Ötən ay Dövlət Neft Şirkəti DSMF-ə 11,7 miıyon manat vəsait köçürüb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin dekabr ayında dövlət büdcəsinə 124 milyon 350 min manat vəsait ödəyib. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ümumiyyətlə, 2011-ci il ərzində büdcəyə 1 milyard 335 milyon 235 min manat ödənilib ki, bu da 2010-cu il ilə müqayisədə 72 milyon 345 min manat və ya 105,7 faiz çox olub.

Bundan başqa, 2011-ci ilin dekabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 676 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2011-ci il ərzində şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 134 milyon 509 min manat təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar