ARDNŞ avrobondlar buraxmağa hazırlaşır
24 May 2011 Çərşənbə Axşamı 19:00
Avropa və dünyanın bir sıra aparıcı bankları artıq bu avrobondlarla maraqlanır.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) avrobondlar buraxmağa hazırlaşır. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, iyun ayında şirkət Avropada 500 mln. manatlıq avrobond buraxacaq. Artıq Avropanın və dünyanın bir sıra aparıcı bankları bu avrobondlarla maraqlandıqlarını bildiriblər.
“Açığını deyim ki, ARDNŞ avrobondları maliyyə vəsaitlərinə ehtiyacı olduğuna görə buraxmır, şirkətin özünün kifayət qədər maliyyə vəsaiti var. Avrobondların buraxılması beynəlxalq reytinq almaq, şirkətin reputasiyasını yüksəltmək üçün lazımdır”, - deyə R.Abdullayev qeyd edib. anspress
DOSTLARINLA PAYLAŞ: